İtaliyanın göndərdiyi 15 ton humanitar yardım Qəzzaya çatıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Roma, 7 fevral, AZƏRTAC
İtaliyanın Qəzzaya göndərdiyi 15 ton humanitar yardım Aşdod limanına çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani iştirak edib.
Nazir bildirib ki, hər birində 1 ton humanitar yardım olan 15 yük maşını “Qəzza üçün ərzaq” təşəbbüsü vasitəsilə Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilib.
Qeyd olunub ki, İtaliya buvaxtadək İordan çayının qərb sahilinin inkişafına və Qəzzada bərpa tədbirlərinə ümumilikdə 104 milyon avro ayırıb. Həmçinin Qəzza zolağına 120 tonadək humanitar yardım çatdırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:İtaliyadan Qəzzaya 15 ton humanitar yardım
18 Noyabr 2024 12:29
Qəzzaya humanitar yardım çatdırılacaq
15 May 2025 08:07
Qəzzaya humanitar yardım edilib
22 Yanvar 2025 16:01
İordaniya Qəzzaya 7 ton humanitar yardım çatdırıb
21 Noyabr 2024 15:27
İtaliya Qəzzaya 40 ton humanitar yardım göndərib
28 Noyabr 2024 13:04
Baxış sayı:96
Bu xəbər 07 Fevral 2025 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















