İtirdiyimiz xüsusiyyətlər: dinləmək XXIV YAZI | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qədim bir yunan məsəlində deyilir ki, iki qulağımız, bir dilimiz var – deməli, az danışmalı, çox dinləməliyik.
Danışma bacarıqlarından çox dinləmək bacarıqları ilə məşhur olan ingilislər isə həmişə “ağıllı insan çox dinləyər, az danışar” deyirlər.
Elə öz dilimizdə də buna bənzər bir el məsəlimiz var: “ağıllı danışmazdan əvvəl dinləyər” kimi.
“İtirdiyimiz xüsussiyyətlər” silsiləsində bu dəfə çox adamın bacarmadığından yazmaq istədim – dinləmək mədəniyyətindən.
Böyüklərimiz həmişə öyüdlərində dinləmənin gözəl xüsusiyyət olması ilə bağlı danışıb, biz tərbiyə alarkən başqaları, xüsusən də böyüklər danışanda qulaq asa bilməyin ən nümunəvi davranış olduğunu öyrənmişik həm də.
Atalar sözlərimizdə, hikmətli sözlər arasında susmaqla, dinləməklə, qulaq asa bilməklə bağlı çox məsəllərimiz var ki, o məsəlllərin işığında böyümüşük hamımız.
“Danışmaq gümüşdürsə, susmaq qızıldır”, “Söz var can qurtarar, söz var can yandırar – dinləmədən cavab vermə”, “Eşidən qulaq, görən göz qədər dəyərlidir”, “Söz deməzdən əvvəl ölç, dinləmədən danışma”, “Dinləməyən, səhv danışar”, “Yaxşı qulaq asmaq da elm öyrənməkdir”, “Kimin ki qulağı var, onun ağlı da var” kimi çox məsəl çəkmək olar.
Tam oxu
Xəbəri oxu