Icma.az
close
up
RU
İtirdiyimiz xüsusiyyətlər: dinləmək XXIV YAZI

İtirdiyimiz xüsusiyyətlər: dinləmək XXIV YAZI

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qədim bir yunan məsəlində deyilir ki, iki qulağımız, bir dilimiz var – deməli, az danışmalı, çox dinləməliyik. Danışma bacarıqlarından çox dinləmək bacarıqları ilə məşhur olan ingilislər isə həmişə “ağıllı insan çox dinləyər, az danışar” deyirlər. Elə öz dilimizdə də buna bənzər bir el məsəlimiz var: “ağıllı danışmazdan əvvəl dinləyər” kimi. “İtirdiyimiz xüsussiyyətlər” silsiləsində bu dəfə çox adamın bacarmadığından yazmaq istədim – dinləmək mədəniyyətindən.

Böyüklərimiz həmişə öyüdlərində dinləmənin gözəl xüsusiyyət olması ilə bağlı danışıb, biz tərbiyə alarkən başqaları, xüsusən də böyüklər danışanda qulaq asa bilməyin ən nümunəvi davranış olduğunu öyrənmişik həm də. Atalar sözlərimizdə, hikmətli sözlər arasında susmaqla, dinləməklə, qulaq asa bilməklə bağlı çox məsəllərimiz var ki, o məsəlllərin işığında böyümüşük hamımız. “Danışmaq gümüşdürsə, susmaq qızıldır”, “Söz var can qurtarar, söz var can yandırar – dinləmədən cavab vermə”, “Eşidən qulaq, görən göz qədər dəyərlidir”, “Söz deməzdən əvvəl ölç, dinləmədən danışma”, “Dinləməyən, səhv danışar”, “Yaxşı qulaq asmaq da elm öyrənməkdir”, “Kimin ki qulağı var, onun ağlı da var” kimi çox məsəl çəkmək olar.

Dinləmək mədəniyyətdir və ən təməl mədəni qaydalardan biridir. Qarşısındakı insanı dinləməyi bacaran insan sayı azdır. İndi hamı danışır, hamı izah edir. Dinləyən, sözün həqiqi mənasında qulaq asmağı bacaran insanların sayı danışanların sayından qat-qat azdır. Dinləmək sadəcə səssiz-səmirsiz qalıb qarşıdakına qulaq asmaq deyil, dinləmək həm də həmsöhbətinin hissini, düşüncəsini, niyyətini, emosiyalarını anlamaq bacarığıdır. Ən empatiyalı insanların həm də yaxşı dinləyici olduğunu bilirdinizmi?

Dinləmək hörmətdir, qarşı tərəfə bəslənən hörmətin ən saf, ən təməl formasıdır. Əgər insan dinləmə bacarığına sahibdirsə o həmin an öz eqosunu, ambisiyalarını bir kənara qoyur. Əgər insan dinləməyi bacarırsa o öz “mən”ini bir kənara qoyub qarşısındakı insanın “mən”ini dinləyir.

Dinləmək səmimiyyətdir. Sadə görürən, amma olduqca mürəkkəb olan səmimi mədəniyyət nümunəsidir. Dinləməyi bacaran insanların münasibətləri davamlı, dostluqları səmimi olur. Dinləyən bir dost xəzinə misalıdır. Amma dinləyib mühakimə etməyi, danışılanlardan özünə “silah” yığmağı hədəfləyənlərdən dost olmaz.

Dinləməyi, dinlətməyi ən təməldən öyrətmək lazımdır insanlara – hələ körpə ikən. Onu dinləyən, diqqətlə qulaq asan valideynlərlə böyüyən uşaqlar daha özünəinamlı, empatiyalı, mərhəmətli xarakterə sahib olurlar. Valideynini dinləmə adəti də elə o yaşlarda yaranır. Uşaqlar onu dinləyən valideynini dinləməyi özlərinə borc bilirlər: münasibətlər qarşılıqlıdır axı.

İndi bir-birini dinləməyən insanlarla, ailələrlə, dostluqlarla, ittifaqlarla doludur cəmiyyət. Nə ər avadını dinləyir, nə arvad ərə qulaq asır. Nə ata övladını dinləyir, nə övlad atanı eyninə alır. Nə şagird müəllimi dinləyir, nə şagird müəlliminə əhəmiyyət verir. İndi hamıya görə öz fikri doğrudur, hamı özünü haqlı hesab edir, hamının doğrusu hamı üçündür.

Münasibətlər əslində münaqişələrdən yox, dinləmə bacarığının olmaması səbəbindən pozulur. Ailələr o zaman boşanmaya gedir ki, artıq həmsöhbət ola bilmirlər, ər və arvad bir-birinə qarşı ifrat dözümsüzdürlər, çünki biri danışanda digəri ona qulaq asmır. Dinlənilməyən qadının, sözünə qulaq asılmayan kişinin ailəsinə əhəmiyyət verməməsi həm də bu cür münasibətin faciəvi sonlanmasının bariz səbəbi deyilmi?

Dinləmək empatiyadır. İnsan başqasını dinlədikcə onun dünyasına daxil olur, duyğularına. Düşüncələrinə səyahət edir, dinlədikcə insan həm də öz sərhədlərini genişləndirir. Empatiyalı doğulmur insan, empatiyanı münasibətlər zamanı öyrənirik. Dinlədikcə, səbrlə qulaq asdıqca həm də empatiya hissimiz boy atır.

Dinləmək səbrdir. Səbrsiz, aqressiv insanların zəmanəsində belə bir özəlliyə sahib olmaq da hər birimizə qismət olmur. Həmsöhbətinin nə demək istədiyini səbrlə dinləyən nə qədər insan tanıyırıq ki? Yaxud, ən son nə zaman kimisə səbrlə dayanıb dinləmişik?

Dinləmək nəzakətdir. Ədəb-ərkan qaydalarının ən vacib bəndi olan nəzakəti harada, necə göstərmişik ən son? Həvəslə söhbət edən, hansısa əhvalatı nəql edən birini ən son nə vaxt nəzakətlə dinləmişik? Sözün həqiqi mənasında danışdıqlarına maraq göstərmişik?

Dinləmək həm də öyrənməkdir. Başqalarının həyat təcrübələrini, səyahət xatirələrini, yaxşı və ya pis hadisələrdən çıxardığı dərsləri dinləyə-dinləyə nələr öyrənməmişik ki biz? Təbii ki, dinləməyi həm də öyrənmək hesab edənlərdən danışıram.

Dinləmək müdriklikdir. Yalnız aqil adamlar dinləməyi, qulaq asmağı sevirlər. Fərqindədirlər, insan nə qədər çox dinləyirsə bir o qədər çox kamilləşir. Söz kəsmədən, irad bildirmədən, səhv tutmadan qulaq asa bilmək həm də kamilləşmək demək deyilmi?

Düşünün, ən son nə zaman kamilləşmisiniz?

Ən son kimi canı-könüldən dinləmisiniz?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri