İtkin düşən şəxsə görə Samur Abşeron kanalının suyu dayandırılıb

27.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qubada su kanalına düşərək itkin düşdüyü ehtimal olunan 28 yaşlı kişinin axtarışları davam etdirilir.

"AzPolitika" xəbər verir ki, hadisə noyabrın 22-də Qudyalçayın Quba rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, Quba rayonunun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən sürüşərək suya düşüb.

Onun axtarışlarının asanlaşdırılması məqsədilə Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb. Hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Xəyal Muradov iki uşaq atasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью