İtkin düşən şəxsə görə Samur Abşeron kanalının suyu dayandırılıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Qubada su kanalına düşərək itkin düşdüyü ehtimal olunan 28 yaşlı kişinin axtarışları davam etdirilir.
"AzPolitika" xəbər verir ki, hadisə noyabrın 22-də Qudyalçayın Quba rayonundan keçən hissəsində baş verib.
İlkin məlumata görə, Quba rayonunun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən sürüşərək suya düşüb.
Onun axtarışlarının asanlaşdırılması məqsədilə Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb. Hazırda axtarışlar davam etdirilir.
Qeyd edək ki, Xəyal Muradov iki uşaq atasıdır.
Bu mövzuda digər xəbərlər:Samur Abşeron kanalının bərpası Bu tarixdə yekunlaşacaq
12 Yanvar 2026 17:01
Samur Abşeron kanalının fəaliyyəti DAYANDIRILIB Dəhşətə gətirən MƏNZƏRƏ
01 Oktyabr 2025 13:34
Samur Abşeron kanalı quruyur? (VİDEO)
09 Avqust 2025 23:11
Samur Abşeron kanalı quruyur? VİDEO
10 Avqust 2025 01:06
Samur Abşeron kanalında yeniyetmə batıb
12 İyul 2026 18:10
Baxış sayı:49
Bu xəbər 27 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















