Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
"Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm. Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin, həm də anamdan aldığım yəhudi tərbiyəsinin xüsusi yeri var. Bu iki mənəvi ənənənin mənə aşıladığı əsas prinsiplər həqiqət, vicdan, ədalət, insan ləyaqətinə hörmət və mərdlikdir.
Mənim üçün multikulturalizm yalnız müxtəlif xalqların və dinlərin birgə yaşaması deyil. Multikulturalizmin əsas mahiyyəti insana onun dini və milli mənsubiyyətindən asılı olmayaraq hörmətlə yanaşmaqdır. İnsanın hansı dinə mənsub olmasından daha vacib olan onun vicdanı, əməlləri və mənəvi dəyərləridir. Bu mövqedən çıxış edərək media nümayəndələrinə müraciət edirəm.
Jurnalistika ədalət mühakiməsi funksiyasını daşımır. Jurnalistin vəzifəsi hər hansı şəxsi əvvəlcədən təqsirli elan etmək deyil, faktları araşdırmaq, məlumatları yoxlamaq, tərəflərin mövqeyini dinləmək və cəmiyyətə obyektiv informasiya təqdim etməkdir.
Hər hansı şəxs barəsində ciddi iddialar səsləndirilirsə, həmin iddiaların sübutlarla təsdiqlənməsi və qarşı tərəfin mövqeyinin də ictimaiyyətə çatdırılması peşəkar jurnalistikanın əsas prinsiplərindən olmalıdır. Təsdiqlənməmiş məlumatın fakt kimi təqdim olunması isə həm şəxsin nüfuzuna, həm də cəmiyyətin mediaya olan etimadına mənfi təsir göstərə bilər.
Mən media nümayəndələrindən yalnız bir şeyi tələb edirəm: faktlara hörmət və obyektivlik.
Əgər hər hansı materialda yanlış və ya dəqiqləşdirilməmiş məlumat yer alıbsa, həmin məlumatın düzəldilməsi jurnalistikanın zəifliyi deyil, əksinə, peşəkarlığın göstəricisidir.
Magen David Azərbaycan tərəfindən "Əkinçi" qəzetinin 150 illiyi münasibətilə Bakıda jurnalistlər üçün təşkil olunan tədbiri də bu münasibətlə xüsusi qeyd etmək istəyirəm. Bu təşəbbüs Azərbaycan jurnalistikasına, jurnalist əməyinə və sözün məsuliyyətinə göstərilən hörmətin ifadəsi kimi qiymətləndirilməlidir.
Mənim rəhbərliyimdə Monitorinq TV fəaliyyət göstərdiyi dövrdə də əsas prinsiplərimizdən biri məlumatların mümkün qədər yoxlanılması, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği, təhsil və maarifləndirməyə xidmət edən mövzuların işıqlandırılması və cəmiyyət üçün müsbət əhəmiyyət daşıyan məsələlərin diqqətə çatdırılması olub.
Bu gün media sahəsində məsuliyyət daha da böyükdür. 2026-cı ildə media mühitində həyata keçirilən hüquqi və institusional dəyişikliklər fonunda jurnalistikanın əsas prinsiplərinə - obyektivlik, dəqiqlik, operativlik, balanslı yanaşma və peşə etikası - daha ciddi əməl olunması vacibdir.
Mən öz hüquqlarımı qarşıdurma və emosional mübarizə yolu ilə deyil, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə müdafiə etmək niyyətindəyəm. Bununla əlaqədar bildirirəm ki, 15 sentyabr tarixində Sahil Allahverdiyevin rəhbərliyi ilə vəkillər qrupu tərəfindən Azərbaycan Respublikasının məhkəməsinə müraciət edilməsi planlaşdırılır. Müraciətin məqsədi hər hansı şəxslə qarşıdurma yaratmaq deyil, mövcud məsələlərə hüquqi qiymət verilməsini və həqiqətin qanun çərçivəsində müəyyənləşdirilməsini təmin etməkdir.
Mənim mövqeyim aydındır: ittihamın yerini sübut, emosiyanın yerini fakt, qarşıdurmanın yerini qanun tutmalıdır.
Mən həqiqətin qarşısında gözümü zərrə qədər də qırpmıram və hüquqlarımın qanuni yollarla müdafiəsindən geri çəkilməyəcəyəm.
Roş Haşana bizə keçmişə nəzər salmağı, səhvlərdən nəticə çıxarmağı və yeni səhifə açmağı xatırladır.
Şana Tova u-Metuka!
Qoy, yeni il Azərbaycan üçün həqiqətin, ədalətin, qarşılıqlı hörmətin, multikulturalizmin, peşəkar jurnalistikanın və sülhün ili olsun".
David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Mənim üçün multikulturalizm yalnız müxtəlif xalqların və dinlərin birgə yaşaması deyil. Multikulturalizmin əsas mahiyyəti insana onun dini və milli mənsubiyyətindən asılı olmayaraq hörmətlə yanaşmaqdır. İnsanın hansı dinə mənsub olmasından daha vacib olan onun vicdanı, əməlləri və mənəvi dəyərləridir. Bu mövqedən çıxış edərək media nümayəndələrinə müraciət edirəm.