Icma.az
close
up
RU
İttiham yox, sübut tələb olunur! David Seliverstov

İttiham yox, sübut tələb olunur! David Seliverstov

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

"Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm. Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin, həm də anamdan aldığım yəhudi tərbiyəsinin xüsusi yeri var. Bu iki mənəvi ənənənin mənə aşıladığı əsas prinsiplər həqiqət, vicdan, ədalət, insan ləyaqətinə hörmət və mərdlikdir.
Mənim üçün multikulturalizm yalnız müxtəlif xalqların və dinlərin birgə yaşaması deyil. Multikulturalizmin əsas mahiyyəti insana onun dini və milli mənsubiyyətindən asılı olmayaraq hörmətlə yanaşmaqdır. İnsanın hansı dinə mənsub olmasından daha vacib olan onun vicdanı, əməlləri və mənəvi dəyərləridir. Bu mövqedən çıxış edərək media nümayəndələrinə müraciət edirəm.
Jurnalistika ədalət mühakiməsi funksiyasını daşımır. Jurnalistin vəzifəsi hər hansı şəxsi əvvəlcədən təqsirli elan etmək deyil, faktları araşdırmaq, məlumatları yoxlamaq, tərəflərin mövqeyini dinləmək və cəmiyyətə obyektiv informasiya təqdim etməkdir.
Hər hansı şəxs barəsində ciddi iddialar səsləndirilirsə, həmin iddiaların sübutlarla təsdiqlənməsi və qarşı tərəfin mövqeyinin də ictimaiyyətə çatdırılması peşəkar jurnalistikanın əsas prinsiplərindən olmalıdır. Təsdiqlənməmiş məlumatın fakt kimi təqdim olunması isə həm şəxsin nüfuzuna, həm də cəmiyyətin mediaya olan etimadına mənfi təsir göstərə bilər.
Mən media nümayəndələrindən yalnız bir şeyi tələb edirəm: faktlara hörmət və obyektivlik.
Əgər hər hansı materialda yanlış və ya dəqiqləşdirilməmiş məlumat yer alıbsa, həmin məlumatın düzəldilməsi jurnalistikanın zəifliyi deyil, əksinə, peşəkarlığın göstəricisidir.
Magen David Azərbaycan tərəfindən "Əkinçi" qəzetinin 150 illiyi münasibətilə Bakıda jurnalistlər üçün təşkil olunan tədbiri də bu münasibətlə xüsusi qeyd etmək istəyirəm. Bu təşəbbüs Azərbaycan jurnalistikasına, jurnalist əməyinə və sözün məsuliyyətinə göstərilən hörmətin ifadəsi kimi qiymətləndirilməlidir.
Mənim rəhbərliyimdə Monitorinq TV fəaliyyət göstərdiyi dövrdə də əsas prinsiplərimizdən biri məlumatların mümkün qədər yoxlanılması, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği, təhsil və maarifləndirməyə xidmət edən mövzuların işıqlandırılması və cəmiyyət üçün müsbət əhəmiyyət daşıyan məsələlərin diqqətə çatdırılması olub.
Bu gün media sahəsində məsuliyyət daha da böyükdür. 2026-cı ildə media mühitində həyata keçirilən hüquqi və institusional dəyişikliklər fonunda jurnalistikanın əsas prinsiplərinə - obyektivlik, dəqiqlik, operativlik, balanslı yanaşma və peşə etikası - daha ciddi əməl olunması vacibdir.
Mən öz hüquqlarımı qarşıdurma və emosional mübarizə yolu ilə deyil, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə müdafiə etmək niyyətindəyəm. Bununla əlaqədar bildirirəm ki, 15 sentyabr tarixində Sahil Allahverdiyevin rəhbərliyi ilə vəkillər qrupu tərəfindən Azərbaycan Respublikasının məhkəməsinə müraciət edilməsi planlaşdırılır. Müraciətin məqsədi hər hansı şəxslə qarşıdurma yaratmaq deyil, mövcud məsələlərə hüquqi qiymət verilməsini və həqiqətin qanun çərçivəsində müəyyənləşdirilməsini təmin etməkdir.
Mənim mövqeyim aydındır: ittihamın yerini sübut, emosiyanın yerini fakt, qarşıdurmanın yerini qanun tutmalıdır.
Mən həqiqətin qarşısında gözümü zərrə qədər də qırpmıram və hüquqlarımın qanuni yollarla müdafiəsindən geri çəkilməyəcəyəm.
Roş Haşana bizə keçmişə nəzər salmağı, səhvlərdən nəticə çıxarmağı və yeni səhifə açmağı xatırladır.
Şana Tova u-Metuka!
Qoy, yeni il Azərbaycan üçün həqiqətin, ədalətin, qarşılıqlı hörmətin, multikulturalizmin, peşəkar jurnalistikanın və sülhün ili olsun".



David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri