IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA 80 paneli” keçirilib | Icm…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 29 may, AZƏRTAC Mayın 29-da Akademiya parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA-80 paneli” keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilibPaneli AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının Azərbaycan elminə, aliminə və ziyalısına dövlətimizin verdiyi ali dəyərin ifadəsi olduğunu bildirib.AMEA rəhbəri bildirib ki, Milli Elmlər Akademiyası ötən 80 il ərzində şərəfli və tarixi yol keçib, alimlərimiz öz elmi tədqiqatları ilə dövlətimizin inkişafına töhfələr veriblər.
Akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda bütün sahələrdə olduğu kimi, elmin də inkişafına xüsusi diqqət yetirildiyini, həmin mərhələnin AMEA-nın intibah dövrü kimi qəbul edildiyini vurğulayıb.
Müstəqilliyin ilk illərində ölkəmizdə geriləmə proseslərinin akademiyadan da yan keçmədiyini deyən akademik İsa Həbibbəyli tənəzzülün 1991-1993-cü illərdə böhran həddinə çatdığını, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın, o cümlədən akademiyanın bəlalardan xilas olduğunu söyləyib.
Qeyd edib ki, 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusu verilib və bu mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi xarakterizə olunur.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz inkişafının ən yüksək dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli 2003-2022-ci illərin akademiyanın modernləşdirilməsi dövrü kimi qəbul edildiyini, 2022-ci ilin oktyabrından isə yeniləşmə və islahatlar mərhələsinin başladığını diqqətə çatdırıb.Qeyd edib ki, bu mərhələdə Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, dövlətimizin prioritetlərini və müasir dünya elminin çağırışlarını rəhbər tutaraq AMEA-da daxili imkanlar hesabına Qarabağa, Qərbi Azərbaycana, Türk dünyasına dair tədqiqatların aparıldığı eni şöbələr - Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı, Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Toponimika, Türk sənət tarixi və mədəni irsi, Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi və digər şöbələr yaradılıb.
Həmçinin “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediyası” istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, yeniləşən akademiyanın prioritet istiqamətlərindən biri elektron elmin inkişafı və rəqəmsallaşma istiqamətində atılan addımların genişləndirilməsidir.Akademik İsa Həbibbəyli bu mərhələdə AMEA-nın 80 illik tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara - Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Avrasiya Universitetlər Birliyi, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) kimi nüfuzlu qurumlara üzv qəbul edildiyini və beynəlxalq elmi mühitdə dövlətimizin maraqlarını müdafiə etdiyini bildirib.AMEA rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyasının və Yol Xəritəsinin qəbul edilməsi ilə Azərbaycan elminin gələcək hədəflərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Tam oxu
Xəbəri oxu