Icma.az
close
up
RU
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA 80 paneli” keçirilib

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA 80 paneli” keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da Akademiya parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA-80 paneli” keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib

Paneli AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının Azərbaycan elminə, aliminə və ziyalısına dövlətimizin verdiyi ali dəyərin ifadəsi olduğunu bildirib.

AMEA rəhbəri bildirib ki, Milli Elmlər Akademiyası ötən 80 il ərzində şərəfli və tarixi yol keçib, alimlərimiz öz elmi tədqiqatları ilə dövlətimizin inkişafına töhfələr veriblər.

Akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda bütün sahələrdə olduğu kimi, elmin də inkişafına xüsusi diqqət yetirildiyini, həmin mərhələnin AMEA-nın intibah dövrü kimi qəbul edildiyini vurğulayıb. Müstəqilliyin ilk illərində ölkəmizdə geriləmə proseslərinin akademiyadan da yan keçmədiyini deyən akademik İsa Həbibbəyli tənəzzülün 1991-1993-cü illərdə böhran həddinə çatdığını, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın, o cümlədən akademiyanın bəlalardan xilas olduğunu söyləyib. Qeyd edib ki, 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusu verilib və bu mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi xarakterizə olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz inkişafının ən yüksək dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli 2003-2022-ci illərin akademiyanın modernləşdirilməsi dövrü kimi qəbul edildiyini, 2022-ci ilin oktyabrından isə yeniləşmə və islahatlar mərhələsinin başladığını diqqətə çatdırıb.

Qeyd edib ki, bu mərhələdə Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, dövlətimizin prioritetlərini və müasir dünya elminin çağırışlarını rəhbər tutaraq AMEA-da daxili imkanlar hesabına Qarabağa, Qərbi Azərbaycana, Türk dünyasına dair tədqiqatların aparıldığı eni şöbələr - Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı, Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Toponimika, Türk sənət tarixi və mədəni irsi, Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi və digər şöbələr yaradılıb. Həmçinin “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediyası” istiqamətində işlər davam etdirilir. Bundan əlavə, yeniləşən akademiyanın prioritet istiqamətlərindən biri elektron elmin inkişafı və rəqəmsallaşma istiqamətində atılan addımların genişləndirilməsidir.

Akademik İsa Həbibbəyli bu mərhələdə AMEA-nın 80 illik tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara - Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Avrasiya Universitetlər Birliyi, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) kimi nüfuzlu qurumlara üzv qəbul edildiyini və beynəlxalq elmi mühitdə dövlətimizin maraqlarını müdafiə etdiyini bildirib.

AMEA rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyasının və Yol Xəritəsinin qəbul edilməsi ilə Azərbaycan elminin gələcək hədəflərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bundan əlavə, regionlarda elmin inkişafına dəstək verildiyini və akademiyanın bölmə və regional elmi mərkəzlərində dövlətimizin prioritetlərini və müasir dünya elminin çağırışlarını nəzərə alaraq bir sıra islahatların həyata keçirildiyini deyib.

Akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının yüksək səviyyədə icrası məqsədilə AMEA-nın 80 illik yubileyinin dost və qardaş ölkələrdə də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Panel müzakirələrdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının ötən 80 ildə keçdiyi şərəfli tarixi yola nəzər salıb, dövlətimizin Azərbaycan elminə və ziyalısına göstərdiyi diqqət və qayğıdan danışıb, son illərdə yeniləşən akademiyada əldə olunan uğurlara toxunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri