“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edilib

12.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcək abituriyentlər üçün müvafiq jurnal sabah gün ərzində nəşr olunacaq.

Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür: https://abiturient.az/wolt 

Kitabçaları elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью