“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.
V ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcək abituriyentlər üçün müvafiq jurnal sabah gün ərzində nəşr olunacaq.
Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür: https://abiturient.az/wolt
Kitabçaları elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 12 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















