İxtisas seçimində ən gərgin rəqabət bu qrupda olacaq | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Buraxılış imtahanı həm də ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsidir.
Burada imtahan nəticələri ciddi şəkildə qəbul imtahanlarına təsiri göstərir. Bilirsiniz ki, burada maksimum bal 300-dür.
Həmçinin martın 2-də və 9-da keçirilən imtahanlar ali məktəblərə V ixtisas qrupu üzrə qəbul olmağa yeganə şans verən imtahanlardır.
Eyni zamanda bu imtahanların nəticələri ilə bizim 11-ci sinif şagirdlərimiz kolleclərə seçim edə biləcəklər”.
Bu barədə Modern.az-a buraxılış imtahanları ilə bağlı danışan elm və təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım var: "126 mindən artıq şəxs ali məktəblərə qəbul olmaqla bağlı ərizələrini təsdiq edib, həmçinin kolleclərə qəbul olmaq isətyənlərin sayında da biz ciddi artım müşahidə edirik".
Ekspertin sözlərinə görə, keçirilən imtahanda iştirakçıların əksəriyyəti tədris dili və xarici dildən olan suallara daha yaxşı cavab veriblər: “Riyaziyyat fənni ilə bağlı istər martın 2-də, istərsə də 9-da keçirilən imtahanlarda iştirakçılarımız müəyyən qədər əziyyət çəkiblər.
Tam oxu
Xəbəri oxu