Icma.az
close
up
RU
İxtisas seçimində ən gərgin rəqabət bu qrupda olacaq

İxtisas seçimində ən gərgin rəqabət bu qrupda olacaq

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Buraxılış imtahanı həm də ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsidir. Burada imtahan nəticələri ciddi şəkildə qəbul imtahanlarına təsiri göstərir. Bilirsiniz ki, burada maksimum bal 300-dür. Həmçinin martın 2-də və 9-da keçirilən imtahanlar ali məktəblərə V ixtisas qrupu üzrə qəbul olmağa yeganə şans verən imtahanlardır. Eyni zamanda bu imtahanların nəticələri ilə bizim 11-ci sinif şagirdlərimiz kolleclərə seçim edə biləcəklər”.

Bu barədə Modern.az-a buraxılış imtahanları ilə bağlı danışan elm və təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım var: "126 mindən artıq şəxs ali məktəblərə qəbul olmaqla bağlı ərizələrini təsdiq edib, həmçinin kolleclərə qəbul olmaq isətyənlərin sayında da biz ciddi artım müşahidə edirik".

Ekspertin sözlərinə görə, keçirilən imtahanda iştirakçıların əksəriyyəti tədris dili və xarici dildən olan suallara daha yaxşı cavab veriblər:

“Riyaziyyat fənni ilə bağlı istər martın 2-də, istərsə də 9-da keçirilən imtahanlarda iştirakçılarımız müəyyən qədər əziyyət çəkiblər. Ümumilikdə isə nəticələrin keçən ildən ciddi fərqlənməyəcəyinin proqnozunu verə bilərik. Belə ki, keçən il keçirilən imtahanlarında ümumilikdə 54 nəfər onlara təqdim edilən bütün tapşırıqlara doğru cavab verərək maksimum 300 balı toplamışdı. Builki proqnozumuz da ondan ibarətdir ki, əvvəlki ildən az olmayan sayda maksimum bal toplayan şagirdlərimiz olacaq. Bunun birinci səbəbi imtahan verən gənclərin sayının keçən illə müqayisədə çox olması, ikinci səbəb Dövlət İmtahan Mərkəzinin modelinin şagirdlər və müəllimlər tərəfindən mənimsənilməsi sual modellərinin və qiymətləndirmə meyarlarının müəllimlərimizə tanış olması ilə bağlıdır. Şagirdlərimiz test tapşırıqlarını işləmək vərdişlərinə yiyələniblər. Bu il əsasən gözləntimiz I ixtisas qrupunda mübarizənin digər qruplardan daha gərgin olacağı ilə bağlıdır. Proqnozumuz ondan ibarətdir ki, İT ixtisasları üzrə müsabiqə şərtləri biraz daha gərgin olacaq. Ümumilikdə isə imtahan nəticələri keçən illə müqayisədə ciddi şəkildə fərqlənməyəcək”.

Ekspert qeyd edib ki, bütün ixtisas qrupları eyni alətlə yoxlanıla bilməz:

“I və II ixtisas qrupuna gedən şəxslər riyaziyyatı daha yaxşı hazırlaşırlar. Bu şagirdlər daha çox texniki fənnlərə meyillidilər və onlar üçün  bu imtahan daha rahatdır. III ixtisas qrupu üçün də Azərbaycan dili fənni daha rahatdır. Yeganə IV ixtisas qrupunun abituriyentləri öz qruplarına aid olmayan fənnlərdən imtahan  verirlər. Yəni birinci mərhələdəki fənnlərdən heç biri ikinci mərhələdə təkrarlanmır. Yəni IV qruplara qarşı ədalətli deyilik. Eyni zamanda kollecə getmək istəyənə, eyni zamanda təhsilini davam etdirmək istəməyən şəxslərlə ali təhsil almaq istəyən şəxsləri eyni alətlə yoxlamağımız doğru deyil. Təhsil Haqqında Qanuna görə, Azərbaycanda icbari təhsil 9 illikdir. Əgər şəxs bunu başa vurursa, biz ona təhsili başa vurması ilə bağlı sənəd verməliyik. O gələcəkdə təhsilini davam etdirmək istəsə, bu imtahanı verməlidir. Hər kəsi imtahana salmağımız əlavə maliyyə xərcləridir, resurs itkisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri