İxtisaslaşmış ailə və əmək mediasiyası təlimlərini başa vuran mediatorların yekun imtahanı keçirilib

27.01.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ixtisaslaşmış ailə və əmək mediasiyası təlimlərini başa vuran mediatorların yekun imtahanı keçirilib.
Newscenter.az xəbər verir ki, imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılib.
Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya ilə bağlı istiqamətlər əsasında suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.
Qeyd edək ki, ixtisaslaşmış ailə mediasiyası təlimləri üzrə 27 nəfər və əmək mediasiya təlimləri üzrə isə 25 nəfər mediator imtahandan məqbul nəticə alıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью