İxtisaslaşmış ailə və əmək mediasiyası təlimlərini başa vuran mediatorların yekun imtahanı keçirilib
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ixtisaslaşmış ailə və əmək mediasiyası təlimlərini başa vuran mediatorların yekun imtahanı keçirilib.
Newscenter.az xəbər verir ki, imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılib.
Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya ilə bağlı istiqamətlər əsasında suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.
Qeyd edək ki, ixtisaslaşmış ailə mediasiyası təlimləri üzrə 27 nəfər və əmək mediasiya təlimləri üzrə isə 25 nəfər mediator imtahandan məqbul nəticə alıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Yeni ixtisaslaşmış məhkəmələr yaradılacaq KONKRET
25 Aprel 2025 12:22
Naxçıvanda dövlət orqanlarının 37 əməkdaşı ixtisaslaşmış təlimləri uğurla başa çatdırıb
30 İyul 2025 17:10
Fuad Hüseynəliyev: Dini jurnalistika da ixtisaslaşmış olmalıdır
15 İyul 2025 17:50
AzMİU da “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi FOTOLAR
11 Dekabr 2025 16:21
ATU da yeni laboratoriya və ixtisaslaşmış auditoriya istifadəyə verilib
19 Sentyabr 2025 10:17
Baxış sayı:104
Bu xəbər 27 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















