Saglamolun saytına istinadən Icma.az xəbər verir. İybilmə və dadbilmə hissində törənən dəyişikliklərə, tək koronavirusun deyil, digər xəstəl
Qafqazinfo.az xəbər verir ki, bu barədə məlumatı ATU-nun kafedra müdiri, professor Musa Qəniyev məqalə paylaşıb.
Bildirib ki, bəzi mütəxəssislər bu halı infeksiyanın erkən klinik əlaməti kimi dəyərləndirməyi tövsiyə etsə də, hələ ki, geniş tədqiqatlarla öz təsdiqini tapmayıb: "Aparılan araşdırmalar sübut edir ki, COVİD19-a yoluxmuş xəstələrin müəyyən faizində müşahidə olunan iybilmə və dadbilmə hissinin itməsini ən yaxşı halda bu infeksiyanın yalnız qeyri-spesifik əlamətlərindən biri kimi dəyərləndirmək olar.İybilmə hissinin itməsinin səbəbləri çox müxtəlifdir.
Hazırda insanlar bu problemi diqqətdə saxladığından, mən onları bir-bir nəzərinizə çatdırıram: 1. Baş beynin travmaları 2.
Burnun yuxarı hissəsinin ağır travması (hətta, burnun yuxarı hissəsinin paltar asılan sancaqla kəskin sıxılması zamanı belə) 3.
Yuxarı tənəffüs yolunun müxtəlif mənşəli (mikrob, virus, göbələk və s.) ağır infeksiyaları 4.
Burnun sinusları və burun yollarında poliplər 5. Siqaret tüstüsü 6. Uzunmüddət (illərlə) müxtəlif kimyəvi vasitələrlə kontaktda olmaq (məs.
pestisidlər, ammonyak və s.) və onların dövrü olaraq tənəffüs havası ilə qəbulu 7. Hormonal disbalans 8.