Icma.az
close
up
RU
İybilmə və dadbilmə nə vaxt itir?

İybilmə və dadbilmə nə vaxt itir?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

İybilmə və dadbilmə hissində törənən dəyişikliklərə, tək koronavirusun deyil, digər xəstəlik və patoloji proseslərin də səbəb ola bilməsi haqqında elmi məlumatlar, düşünürəm ki, hazırda müşahidə olunan stress, gərginlik və ruhi sarsıntını az da olsa aradan qaldıracaq.

Qafqazinfo.az xəbər verir ki, bu barədə məlumatı ATU-nun kafedra müdiri, professor Musa Qəniyev məqalə paylaşıb. Bildirib ki, bəzi mütəxəssislər bu halı infeksiyanın erkən klinik əlaməti kimi dəyərləndirməyi tövsiyə etsə də, hələ ki, geniş tədqiqatlarla öz təsdiqini tapmayıb:

"Aparılan araşdırmalar sübut edir ki, COVİD19-a yoluxmuş xəstələrin müəyyən faizində müşahidə olunan iybilmə və dadbilmə hissinin itməsini ən yaxşı halda bu infeksiyanın yalnız qeyri-spesifik əlamətlərindən biri kimi dəyərləndirmək olar.
İybilmə hissinin itməsinin səbəbləri çox müxtəlifdir. Hazırda insanlar bu problemi diqqətdə saxladığından, mən onları bir-bir nəzərinizə çatdırıram:

1. Baş beynin travmaları

2. Burnun yuxarı hissəsinin ağır travması (hətta, burnun yuxarı hissəsinin paltar asılan sancaqla kəskin sıxılması zamanı belə)

3. Yuxarı tənəffüs yolunun müxtəlif mənşəli (mikrob, virus, göbələk və s.) ağır infeksiyaları

4. Burnun sinusları və burun yollarında poliplər

5. Siqaret tüstüsü

6. Uzunmüddət (illərlə) müxtəlif kimyəvi vasitələrlə kontaktda olmaq (məs. pestisidlər, ammonyak və s.) və onların dövrü olaraq tənəffüs havası ilə qəbulu

7. Hormonal disbalans

8. Burun və ağız boşluğu, eləcə də, dişlərlə bağlı bəzi problemlər

9. Bəzi preparatların, məsələn intranazal (burundaxili) yolla təyin olunan sink preparatları, burundaxili ödem əleyhinə spreylər, eləcə də oral yolla qəbul olunan bəzi dərman maddələri (məs. nifedipin, fenotiazin törəmələri və s.)

10. Allergik mənşəli

11. Bəzi ağır baş beyin patologiyalarının (məs. Alsheymer xəstəliyi) inkişafı".

Həkimin sözləriinə görə, iybilmə hissinin tədricən itməyə başlaması və inkişaf etməsi, həm də orqanizmin qocalığa doğru getdiyini göstərən əlamətlərdən biridir:

"Belə ki, iybilmə hissi 30 yaşdan 60 yaşa qədər özünün pik nöqtəsində olur. 60 yaşdan sonra, yəni, ahıllıq yaş dövrü başlayanda, iybilmənin zəifləməsi istiqamətində dəyişikliklər başlayır və tədricən inkişaf edərək, hətta çox yaşlı adamlarda tamamilə itə də bilər. Yaş həddi uzunömürlülüyə yaxınlaşan insanlar, bu hissdə müşahidə edəcəkləri hər hansı bir dəyişiklikdən ümumiyyətlə qorxmasınlar.

Belə bir statistik göstəricini də nəzərinizə çatdırmaq istəyirəm ki, iybilmə və dadbilmə hissinin pozulması təkcə yaşlı adamlarda olmur. Məsələn, bu hal yaşı 53-dən yuxarı olanların 20%-də, eləcə də 60-75 yaş arasında olan insanların 25%-də, yaşı 80-dan çox olanların isə, demək olar ki, 50%-də rast gəlinən, lakin virus infeksiyaları ilə heç bir əlaqəsi olmayan haldır. Söylədiyim yaş qruplarında olan insanlar buna görə çox narahat olmasınlar deyə, bildirmək istəyirəm ki, bu rəqəmlər heç də mütləq deyil və yaş artdıqca hamıya şamil olunmur".

Həkim onu da qeyd edib ki, iybilmə pozğunluğu cavan insanlar arasında da kifayət qədər müşahidə olunur: "Məsələn, planetimizin yaşı 20-dən yuxarı olan əhalisinin 19%-də bu və ya digər dərəcədə iybilmə pozğunluğu vardır. Nəzərə almaq lazımdır ki, iybilmə və dadbilmə hissinin itməsi qadınlarla müqayisədə daha çox kişilərdə müşahidə olunur.

Bilmək lazımdır ki, hərgah bu hal hər hansı bir infeksiya səbəbindən baş veribsə, onun gələcəkdə bərpa olunmaması ilə bağlı qoxmaq və ya təlaş keçirmək lazım deyil. Çünki, ən ağır virus infeksiyasında belə iybilmə və dadbilmə hissi mütləq bərpa olunur.

Odur ki, iybilmə və dadbilmə hissi itdikdə, gərginlik keçirərək, onun tək səbəbini "COVİD-19"da axtarmaq düzgün deyil".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri