Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnsanların çoxu vəfat edir, bəziləri isə… 20-dən sonra 21 gəlir… Tarixin qəribə gərdişi-dövranıdır… Həm də taleyimizin, bəxtimizin.
İnsan bəzən bəxtindən utanır… Lenin dövlət anlayışını zor üzərində qurmuşdu. Onun fəlsəfəsində insan əsas deyildi, əsas ideologiya idi.
Xalq deyil, hakimiyyətdi önəmli olan. Bu yolda hər şey mübahdı – qan da, ölüm də, işğal da. Terror, vəhşiliklər, vandalizm məqbul sayılırdı.
20 yanvar məhz bu məntiqin nəticəsi idi. 1990-nın 20 yanvarında Bakıya yeridilən Sovet ordusu ortaya birdən-birə çıxmadı.
O tanklar, o əsgərlər, açılan o güllələr, tökülən o qanlar bir gecənin işi deyildi.
Bütün bunlar 21 yanvarda ölmüş bir adamın – Vladimir Leninin qurduğu sistemin gecikmiş refleksi idi.
21 yanvar və 20 yanvar arasında təqvim oxşarlığından daha çox siyasi və ideoloji varislik var.