Icma.az
close
up
RU
İyirmisi və iyirmi biri

İyirmisi və iyirmi biri

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların çoxu vəfat edir, bəziləri isə…

20-dən sonra 21 gəlir… Tarixin qəribə gərdişi-dövranıdır… Həm də taleyimizin, bəxtimizin. İnsan bəzən bəxtindən utanır…

Lenin dövlət anlayışını zor üzərində qurmuşdu. Onun fəlsəfəsində insan əsas deyildi, əsas ideologiya idi. Xalq deyil, hakimiyyətdi önəmli olan. Bu yolda hər şey mübahdı – qan da, ölüm də, işğal da. Terror, vəhşiliklər, vandalizm məqbul sayılırdı. 20 yanvar məhz bu məntiqin nəticəsi idi.

1990-nın 20 yanvarında Bakıya yeridilən Sovet ordusu ortaya birdən-birə çıxmadı.  O tanklar, o əsgərlər, açılan o güllələr, tökülən o qanlar bir gecənin işi deyildi.  Bütün bunlar 21 yanvarda ölmüş bir adamın – Vladimir Leninin qurduğu sistemin gecikmiş refleksi idi. 21 yanvar və 20 yanvar arasında təqvim oxşarlığından daha çox siyasi və ideoloji varislik var.

Bakıda dinc insanlara atəş açan “Qızıl” ordunun tör-tüküntüləri Leninizm adlanan cəfəngiyyatın son qalıqlarını qorumaq ümidi ilə gəlmişdilər. Dağılan imperiyanı, çürümüş ideologiyanı, iflas etmiş mifi güllə ilə ayaqda saxlamaq cəhdi idi o işğal.

O gecə yüzlərlə qəhrəman Lenin və onun qırmızı terroçuları tərəfindən qurduqları dövlətin sonunu yaxınlaşdırdılar. Simvolikaya bir baxın: 21 yanvar ideologiyanın müəllifinin ölümü idi, 20 yanvar isə o ideologiyanın sonuncu böyük cinayəti oldu.

1924 və 1990. Arada düz 66 il vardı. Mahiyyət dəyişməmişdi.

Lenin “inqilab” adı altında zoru, işğalı legitimləşdirdi, onun varisləri isə qanlı sistemi qorumaq üçün tankları Bakıya sürdülər.

Hər iki halda da nəticə eyni oldu: yalan, qan, vəhşət və insanlıq suçu. 20 yanvar göstərdi ki, Leninlə başlayan yolun sonu da ancaq belə ola bilərdi. 21 yanvar isə xatırlatdı ki, bu vəhşətin müəllifi ölsə də, onun kölgəsi hələ uzun müddət tarix səhnəsindən çəkilməyəcək…

***

Əslində Leninin ölümü bir insanın ölümündən çox, bir mifin, bir yalanın, bir zorakı ideologiyanın iflasının ildönümüdür…

Uşaq vaxtı bizə onu “Lenin baba” deyə öyrətdilər. Orta siniflərdə Lenini “proletariatın atası” etdilər. Tələbə ikən Lenini “kommunizmin banisi” kimi təqdim etdilər. Sonralar anladıq ki, bu, təbliğat deyilmiş, planlı şəkildə qurulmuş ideoloji işğalmış.

Yaşadığımız ölkənin hər qarışında o vardı. Adı şəhərlərə, qəsəbələrə, küçələrə, prospektlərə verilmişdi. Kolxozlar, sovxozlar, zavodlar, fabriklər, universitetlər onun adını daşıyırdı. Elm onu müqəddəsləşdirir, sənət ilahiləşdirirdi. Gecə-gündüz, Yer kürəsi bir nəfərin adı ətrafına fırlanırdı. Kitabsızlar ona “Günəş” deyirdilər. 

Tarix zorla yenidən yazılmışdı. Oktyabr çevrilişinə “inqilab” dedilər. Qırmızı terroru “sinfi mübarizə” adlandırdılar. Milyonlarla məhv edilmiş insanı “xalq düşməni” damğası ilə “statistikaya” çevirdilər. Yapdıqları şey kütləvi zorakılığın nəzəri cəhətdən əsaslandırmaq idi həm də.

Leninin qurduğu sistem saxta idi. İnsan təbiətinə zidd idi. Azadlığı yox, itaəti; düşüncəni yox, qorxunu; həqiqəti yox, yalanı əsas götürürdü. Ona görə də ancaq yetmiş il yaşadı. Zor bitən kimi dağıldı. Çökdü və tarixin zibilliyinə atıldı.

***

İndiki uşaqlar “Lenin baba”nı tanımır. Tanımamalıdırlar da. Çünki xatırlanmağa dəyərli olan ideyalar zamanla yaşayır, cəfəngiyyatlar isə unudulur. Lenin də, bolşevizm də, kommunizm də bir cəfəngiyyat idi…

***

İnsanların çoxu vəfat edir, bəziləri isə…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri