Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Akif ABBASOV(Hekayə)Bu kasıbın işi uzundur. Qış gəlir. Qanı qaralır.
Bir çətən külfətdir. Evi qızdırmaq lazımdır. Özünə (özü cəhənnəmə), arvadına, uşaqlarına isti pal-paltar, uzunboğaz çəkmə almalıdır.
Hansını deyəsən?Yay gəlir, kasıb sevinir. Bir şalvar, bir köynək geyəcək, evi qızdırmlı olmayacaq, əksinə, mənzilin istisindən qaçacaq, həyə
Yaz, payız da yolaveriləndir. Amma bu kasıb yayda da dilxor olur. Məzuniyyətə çıxır.
O soruşur, bu soruşur: “Dincəlməyə hara gedəcəksən?”Ay pir olmuşlar, dincəlməyə getmək üçün bir ətək pul lazımdır.
Gedib Antalyada, nə bilim harada istirahət etmək, bizim bu rayonlarımızdakı istirahət yerlərində dincəlməkdən ucuz başa gəlir.Qəbələnin Vəndam kəndindəki “Duyma”ya, “Yeddi gözəl”ə, Xaçmazın Seyidlərkəndyeri kəndindəki “Atlant” istirahət və əyləncə mərkəzinə, Nabranın “Dostluq” turist bazasına və “Palma” istirahət mərkəzinə, Qaxın İlisu kəndinə putyovka ilə getmək sərfəlidir.
Az miqdarda pul verirsən, qalanı isə həmkarlar ittifaqı ödəyir. Amma kimdir sənə putyovka verən?
Həmkarlar ittifaqının işdəki nümayəndəsi hər dəfə “Bizə vur-tut üç-dörd putyovka düşür, onu da ya direktora, ya da müharibə və əmək veteranlarından birinə verirəm”, - deyib səni başdan eləyir.Varlılara, imkanlılara nə var ki?