Icma.az
close
up
RU
Kabab qonaqlığı

Kabab qonaqlığı

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Akif ABBASOV
(Hekayə)
Bu kasıbın işi uzundur. Qış gəlir. Qanı qaralır. Bir çətən külfətdir. Evi qızdırmaq lazımdır. Özünə (özü cəhənnəmə), arvadına, uşaqlarına isti pal-paltar, uzunboğaz çəkmə almalıdır. Hansını deyəsən?

Yay gəlir, kasıb sevinir. Bir şalvar, bir köynək geyəcək, evi qızdırmlı olmayacaq, əksinə, mənzilin istisindən qaçacaq, həyətdə-bacada gün keçirəcək.
Yaz, payız da yolaveriləndir. Amma bu kasıb yayda da dilxor olur. Məzuniyyətə çıxır. O soruşur, bu soruşur: “Dincəlməyə hara gedəcəksən?”
Ay pir olmuşlar, dincəlməyə getmək üçün bir ətək pul lazımdır. Gedib Antalyada, nə bilim harada istirahət etmək, bizim bu rayonlarımızdakı istirahət yerlərində dincəlməkdən ucuz başa gəlir.
Qəbələnin Vəndam kəndindəki “Duyma”ya, “Yeddi gözəl”ə, Xaçmazın Seyidlərkəndyeri kəndindəki “Atlant” istirahət və əyləncə mərkəzinə, Nabranın “Dostluq” turist bazasına və “Palma” istirahət mərkəzinə, Qaxın İlisu kəndinə putyovka ilə getmək sərfəlidir. Az miqdarda pul verirsən, qalanı isə həmkarlar ittifaqı ödəyir. Amma kimdir sənə putyovka verən? Həmkarlar ittifaqının işdəki nümayəndəsi hər dəfə “Bizə vur-tut üç-dörd putyovka düşür, onu da ya direktora, ya da müharibə və əmək veteranlarından birinə verirəm”, - deyib səni başdan eləyir.
Varlılara, imkanlılara nə var ki? İstəyir qış olsun, istər yay, yaz, yaxud payız. Həmişə kefləri saz olur. Heç putyovka dərdi də çəkmirlər. Nə zaman lazımdır, istirahətlərindən qalmırlar. Varlığa nə darlıq?
Nə isə. Danışmaqla adamın dərdi yüngülləşmir.
İşçilərin umu-küsüsünü eşidən trest rəisi aktivi başına yığıb iclas keçirdi. Qərara alındı ki, Altıağacda məxsusi olaraq trest üçün “İstirahət və əyləncə mərkəzi” tikilsin. “Putyovka üçün ona-buna ağız açınca, yalvarınca işçilərimiz gedib dincələrlər”. Rəis bu sözlərlə iclası qapadı.
Tezliklə tikintiyə icazə alındı və inşaat işlərinə başlandı.
Hamı sevinirdi. Nəhayət, növbəti yay “İstirahət və əyləncə mərkəzi” hazır oldu. Əvvəllər dincəlməyə gedənlər putyovkanı pulsuz alırdılar. Hətta bəziləri dincəlməyə ailəvi də gedirdilər. Sonralar cüzi pul ödəməli oldular.
Yayda buralarda havalar sərin olurdu. Hətta axşamlar yorğanla yatmaq lazım gəlirdi. Az keçmiş bu “İstirahət və əyləncə mərkəzi”nin də zibili çıxdı. Xidmət aşağı səviyyəyə düşdü. Bircə səhər yeməyi fərli idi: yağ, pendir, süd, yumurta, çay… Nahar və şamı yeməsəydin, ondan yaxşı idi. Bəziləri hətta boğaza yığılıb yarımçıq çıxıb gedirdi.
Gələnlərin narazılığını görən mərkəz müdiri onları dilə tutmağa çalışırdı ki, trest rəhbərliyinə şikayətə getməsinlər. Sonuncu günlər idi. İstirahətə gələnlər bir gün yuxudan qalxanda həyətdə bir quzu gördülər. Boğazına kəndir keçirib sütuna bağlamışdılar. “İstirahət və əyləncə mərkəzi”nin müdiri quzuya maraqla baxanlara müraciətlə dedi:
- Qərara aldım ki, sizi təntənə ilə yola salım. Axşamüstü quzu kababına qonaq olacaqsınız.
İstirahətdə olanlar sevindilər: “Axır ki… Heç olmasa axırıncı gün bir fərli şam edək”.
Səhər yeməyini, sonra da naharı birtəhər yola verib, axşamı gözləməyə başladılar. İştahalarını sazlamışdılar: quzu kababı yeyəcəkdilər. Bəziləri hətta araq tədarükü də görmüşdü.
Farağat komandası verildi. İstirahətdə olanlar günorta yuxusunu almaq üçün otaqlara çəkildilər. Oyananda nə gördülər? Həyətdə bir neçə maşın dolaşırdı. Bir maşında trest rəisi öz ailəsi ilə, başqa iki maşında da onun dost-tanışları. Onlar maşından düşüb Altıağacı gəzməyə başladılar. Ağacın altına stollar, stullar düzüldü, süfrə açıldı. Quzunu kəsib soydular. Kabab çəkib gələn qonaqların süfrəsinə apardılar.
İstirahətdə olanlar baxa-baxa qalmışdılar: “Bu nə oyundur düşüblər?” Arzuları gözlərində donmuşdu.
Axşamüstü idi. Şam yeməyinin vaxtı idi. “İstirahət və əyləncə mərkəzi” yeməkxanasının qapıları açılmışdı. İstirahətdə olanlar şam yeməyinə çağırılırdı. Lakin iştahalarını kababa sazlayan adamların heç biri şam yeməyinə getmədi. Otaqlarına çəkildilər.
Ağacların altında rəisin ailəsi və dost-tanışı üçün süfrə açılmışdı. Onlar quzu kababı yeyir, sərin sudan, araqdan, şampandan və çaxırdan içir, rəisin özünün, ailəsinin və “İstirahət və əyləncə mərkəzi”nin şərəfinə sağlıq deyirdilər.

Bakı şəhəri, 29 iyul 2023-cü il


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri