Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Afrika zonasında gələnilki dünya çempionatının seçmə turnirinin qrup mərhələsi başa çatıb.
"Football-plus.az" xəbər verir ki, D qrupunda da son oyunlar keçirilib.
Məhz bu oyunlar final turnirinin daha bir yeni iştirakçısını üzə çıxarıb.
Bəli, Leandro və Patrik Andradelərin şərəfini qoruduğu (bu məqamla bağlı sonda) Kabo-Verde yığması tarixində ilk dəfə dünya çempionatında oynayacaq.Kabo-Verde yığması son turda evdə Esvatini üzərindəki 3:0 hesablı qələbə ilə 6 komandanın olduğu qrupda liderliyi təmin edib.
Üç qolun hamısı ikinci hissədə vurulub – Daylon Livramento, Villi Semedo və Stopira fərqlənib.“Mavi akulalar” D qrupunda liderlik uğrunda Kamerunla mübarizə aparırdı.
Kamerun Anqolanı məğlub etməklə yanaşı, Kabo-Verdenin büdrəməsinə bel bağlamalıydı. Ancaq belə olmadı.
“Qarşısıalınmaz şirlər” heç-heçə ilə kifayətləndilər və indi yalnız pley-off oyunları vasitəsi ilə DÇ-yə vəsiqə qazana bilərlər.Kabo-Verde Atlantik okeanındakı 10 adadan ibarət arxipelaqdı, 600 minə yaxın əhalisi var.