Icma.az
close
up
RU
Kabo Verde də dünya çempionatında olacaq!

Kabo Verde də dünya çempionatında olacaq!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Afrika zonasında gələnilki dünya çempionatının seçmə turnirinin qrup mərhələsi başa çatıb.

"Football-plus.az" xəbər verir ki, D qrupunda da son oyunlar keçirilib. Məhz bu oyunlar final turnirinin daha bir yeni iştirakçısını üzə çıxarıb. Bəli, Leandro və Patrik Andradelərin şərəfini qoruduğu (bu məqamla bağlı sonda) Kabo-Verde yığması tarixində ilk dəfə dünya çempionatında oynayacaq.
Kabo-Verde yığması son turda evdə Esvatini üzərindəki 3:0 hesablı qələbə ilə 6 komandanın olduğu qrupda liderliyi təmin edib. Üç qolun hamısı ikinci hissədə vurulub – Daylon Livramento, Villi Semedo və Stopira fərqlənib.
“Mavi akulalar” D qrupunda liderlik uğrunda Kamerunla mübarizə aparırdı. Kamerun Anqolanı məğlub etməklə yanaşı, Kabo-Verdenin büdrəməsinə bel bağlamalıydı. Ancaq belə olmadı. “Qarşısıalınmaz şirlər” heç-heçə ilə kifayətləndilər və indi yalnız pley-off oyunları vasitəsi ilə DÇ-yə vəsiqə qazana bilərlər.
Kabo-Verde Atlantik okeanındakı 10 adadan ibarət arxipelaqdı, 600 minə yaxın əhalisi var. Ölkənin ərazisi 4 min kvadrat kilometrə yaxındı. Kabo-Verde nə vaxtsa dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ölkələr arasında ərazisinə görə ən kiçiyidi. Əhali sayına gəlincə, DÇ iştirakçısı olanlar arasında yalnız İslandiyadan irəlidədilər.
Hakimin final fiti səslənən kimi minlərlə azarkeş tribunalardan meydana axışıb. Onları anlamaq olar, faktiki arzuları çin olub, nağıllar gerçəkləşib.
Beləliklə, 48 yığmanın çıxış edəcəyi dünya çempionatında artıq üç debütantın olacağı dəqiqdi. Bunlar İordaniya, Kabo-Verde və Özbəkistandı. Hələ ki 48 iştirakçıdan 28-i məlumdu. Onu da xatırladaq ki, mundial gələn il iyunun 11-dən iyulun 19-na qədər üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Kabo-Verde yığması 2000-ci illərin ortalarına qədər Afrikada ən zəiflərdən sayılırdı. Ancaq 2010-cu ildən sonra tərəqqi hiss olunmağa başladı. Komanda 2013-cü və 2023-cü illərdə Afrika Millətlər Kubokunda 1/4 finala qədər irəlilədi. Kabo-Verde hazırda FİFA reytinqinin 70-ci pilləsində qərarlaşıb.
Yığmanın heyətində Avropa liqalarında – Portuqaliya, Türkiyə, Bolqarıstan, Niderland, Macarıstan, İtaliya, Cənubi Kipr, hətta Azərbaycan çempionatlarında çıxış edən futbolçular var. Yığmaya ilk dəfə 2022-ci ilin martında dəvət olunan “Qarabağ”ın ulduzu Leandro Andrade indiyə qədər 7 oyun keçirib. Düzdü, Leandro ötən ildən bəri milli formanı geyməkdən boyun qaçırıb. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade isə daha əvvəldən – 2020-ci ildən milli komandanın şərəfini qoruyur. Bu müddətdə 20 dəfə meydana çıxan Patrik son oyunlar üçün yığmaya dəvət alsa da, Esvatini ilə qarşılaşmada iştirak ərizəsinə adı salınmayıb. Baş məşqçi Bubiştanın onu DÇ-yə yollanacaq heyətə salıb-salmayacağı bilinmir.
“Tranfermarkt” portalı Kabo-Verde yığmasına 27,20 milyon avro qiymət qoyub. Ən baha üç oyunçu isə Kevin Lenini (“Krasnodar”, 5 milyon), “Trabzonspor”dan Vaqner Pina (5 milyon) və “Vitoriya Gimaraynş”dan Telmo Arkanjodu (3 milyon).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri