Kadir İnanırın vəfatından 1 həftə sonra Bodruma tətilə getdi

26.10.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli mərhum aktyor Kadir İnanırın vəfatından sonra geridə qoyduğu təxminən 1 milyard lirəlik (35 milyon manat) mirasla bağlı qalmaqal davam edir.

Axşam.az-ın məlumatına görə, İnanırın bacısı oğlu Levent İnanır mirasını vəsiyyət etdiyi 27 illik həyat yoldaşı Jülide Kuralla bağlı daha bir iddia səsləndirib.

Levent bildirib ki, Jülide Kadir İnanırın vəfatından 1 həftə sonra Bodruma tətilə gedib:

"İndi onu axtaranlara yas saxladığını deyirmiş. Əmimin vəfatının ilk həftəsində Bodruma tətilə gedib. Hansı yasdan danışır?".

Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью