Kadir İnanırın vəfatından 1 həftə sonra Bodruma tətilə getdi
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyəli mərhum aktyor Kadir İnanırın vəfatından sonra geridə qoyduğu təxminən 1 milyard lirəlik (35 milyon manat) mirasla bağlı qalmaqal davam edir.
Axşam.az-ın məlumatına görə, İnanırın bacısı oğlu Levent İnanır mirasını vəsiyyət etdiyi 27 illik həyat yoldaşı Jülide Kuralla bağlı daha bir iddia səsləndirib.
Levent bildirib ki, Jülide Kadir İnanırın vəfatından 1 həftə sonra Bodruma tətilə gedib:
"İndi onu axtaranlara yas saxladığını deyirmiş. Əmimin vəfatının ilk həftəsində Bodruma tətilə gedib. Hansı yasdan danışır?".
Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.
Baxış sayı:132
Bu xəbər 26 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















