Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verir

09.07.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Çeçenistan rəhbəri Ramzan Kadırov qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürmək üçün sənədlərinin Çeçenistan Seçki Komissiyasına təqdim etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” kanalında məlumat verib.
O, seçkilərdə iştirak etməyin onun üçün vacib və məsuliyyətli bir addım olduğunu bildirib. Kadırov həmçinin, bildirib ki, Çeçenistan Seçki Komissiyasının sədri Umar Bayxanov ona sənədlərin qəbul edilməsi və xüsusi seçki hesabı açmaq üçün icazənin verilməsi barədə sənəd təqdim edib.
Kadırov region rəhbəri üçün birbaşa seçkilərin keçirilməsini dəstəklədiyini qeyd edərək, respublika liderini sakinlərin seçməli olduğunu qeyd edib.
Kadırov əlavə edib ki, seçicilər onu dəstəkləsələr, regionun inkişafı üzərində işləməyə davam edəcək. O, heç bir böyük vəd vermək niyyətində olmadığını, əksinə respublika sakinləri üçün daha çox iş görmək üçün indiyə qədər gördüyü işi görəcəyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью