Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verir
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Çeçenistan rəhbəri Ramzan Kadırov qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürmək üçün sənədlərinin Çeçenistan Seçki Komissiyasına təqdim etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” kanalında məlumat verib.
O, seçkilərdə iştirak etməyin onun üçün vacib və məsuliyyətli bir addım olduğunu bildirib. Kadırov həmçinin, bildirib ki, Çeçenistan Seçki Komissiyasının sədri Umar Bayxanov ona sənədlərin qəbul edilməsi və xüsusi seçki hesabı açmaq üçün icazənin verilməsi barədə sənəd təqdim edib.
Kadırov region rəhbəri üçün birbaşa seçkilərin keçirilməsini dəstəklədiyini qeyd edərək, respublika liderini sakinlərin seçməli olduğunu qeyd edib.
Kadırov əlavə edib ki, seçicilər onu dəstəkləsələr, regionun inkişafı üzərində işləməyə davam edəcək. O, heç bir böyük vəd vermək niyyətində olmadığını, əksinə respublika sakinləri üçün daha çox iş görmək üçün indiyə qədər gördüyü işi görəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ
21 Sentyabr 2026 21:57
Çeçenistan hakimi Ramzan Kadırov yoxa çıxıb..?
28 Yanvar 2025 18:06
Kadırov 50 yaşında yenidən Çeçenistan rəhbəri oldu And içdi
05 Oktyabr 2026 14:17
Kadırov Çeçenistan rəhbəri seçkilərində 99,85% səs toplayıb
21 Sentyabr 2026 10:56
Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycana niyə gəlib?
12 Oktyabr 2026 11:08
Baxış sayı:172
Bu xəbər 09 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















