Kahramanmaraşın qəlbində hər zaman bir Azərbaycan yaşayacaq | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İki il bundan əvvəl – 2023-cü ilin fevralın 6-da bütün dünya Türkiyənin Kahramanmaraş şəhərində və ətraf bölgələrdə baş vermiş dəhşətli zəlzələdən sarsıldı.
Dəhşətli fəlakətin ilk saatlarında qardaş ölkəyə yardım əlini uzadan Azərbaycan oldu.
Azərbaycan hökuməti dərhal axtarış-xilasetmə qruplarını zəlzələ bölgəsinə göndərdi, faciədən zərər çəkənlərə ərzaq və digər lazımi yardımları çatdırdı, sığınacaq üçün çadır və konteyner şəhərcikləri yaratdı.
Təbii ki, Azərbaycan bunlarla kifayətlənmədi, “əsrin fəlakəti” ilə üzləşmiş qardaş ölkənın acılarını azaltmaq üçün burada inşaat işlərinə qərar verdi.
Beləliklə, Kahramanmaraşın mərkəzində “Azərbaycan məhəlləsi”nin inşası qərarı “bir millət–iki dövlət”in parlaq nümunəsi idi.
Artıq “Azərbaycan məhəlləsi” sakinləri qəbul etməyə hazırdır.
Burada salınan “Azərbaycan” bulvarı isə dar gündə qardaşa qardaş köməyinin, vəfanın və sədaqətin simvolu olacaq.
Tam oxu
Xəbəri oxu