Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Kahramanmaraşın qəlbində hər zaman bir Azərbaycan yaşayacaq

Kahramanmaraşın qəlbində hər zaman bir Azərbaycan yaşayacaq

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İki il bundan əvvəl – 2023-cü ilin fevralın 6-da bütün dünya Türkiyənin Kahramanmaraş şəhərində və ətraf bölgələrdə baş vermiş dəhşətli zəlzələdən sarsıldı. Dəhşətli fəlakətin ilk saatlarında qardaş ölkəyə yardım əlini uzadan Azərbaycan oldu. Azərbaycan hökuməti dərhal axtarış-xilasetmə qruplarını zəlzələ bölgəsinə göndərdi, faciədən zərər çəkənlərə ərzaq və digər lazımi yardımları çatdırdı, sığınacaq üçün çadır və konteyner şəhərcikləri yaratdı. Təbii ki, Azərbaycan bunlarla kifayətlənmədi, “əsrin fəlakəti” ilə üzləşmiş qardaş ölkənın acılarını azaltmaq üçün burada inşaat işlərinə qərar verdi. Beləliklə, Kahramanmaraşın mərkəzində “Azərbaycan məhəlləsi”nin inşası qərarı “bir millət–iki dövlət”in parlaq nümunəsi idi. Artıq “Azərbaycan məhəlləsi” sakinləri qəbul etməyə hazırdır. Burada salınan “Azərbaycan” bulvarı isə dar gündə qardaşa qardaş köməyinin, vəfanın və sədaqətin simvolu olacaq.

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi sədri Fırat Görgəl sualımıza gözləmədən şəhər sakinlərinin Azərbaycana hədsiz sevgisindən danışdı: “Azərbaycanın 2020-ci ildə 44 günlük savaşda Ermənistan üzərində qələbəsinə necə sevinmişdiksə, şəhərimizin yenidən qurulmasına qardaşlıq töhfəsini verəndə qəlbimiz eyni hisslərlə doldu. Bəli, biz ağır günümüzdə də, şad günümüzdə də bir yerdə olmağı bacaran qardaşlarıq. Bu isə əsl qardaşlığın, sədaqətin əlamətidir”.

– Fırat bəy, Kahramanmaraş yenidən inşa edilir. Bu işdə Azərbaycanın da payı var. Bu barədə nə deyə bilərsiniz?

– Qardaş Azərbaycan zəlzələnin ilk anlarından yanımızda oldu, hər cür köməyi göstərdi. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Kahramanmaraşda bir çox binaların təməli atıldı. Artıq inşaat işləri tamamlanmışdır. Başımıza gələn bu faciə aramızdakı qardaşlıq bağını daha da gücləndirdi. Azərbaycan hökuməti şəhərin bərpa olunmasında yenə birincilərin sırasında oldu. Azərbaycan dövləti tərəfindən şəhərimizdə inşa edilən Heydər Əliyev məktəbi ötən tədris ilindən fəaliyyətə başladı. Zəlzələdən sonra şəhərin dağılmış mərkəzi hissəsində genişmiqyaslı tikinti işlərini də Azərbaycan apardı. Buranın adını “Azərbaycan məhəlləsi” qoyduq. “Azərbaycan məhəlləsi”ndə inşaat işləri sürətlə getdi. 3 hektar 20 sot sahədə salınan məhəllədə sakinlərin rahat yaşaması üçün hər cür infrastruktur yaradılıb. Burada inşa edilən 10 min mənzildə 50 min sakin yaşayacaq. Beynəlxalq standartlara cavab verən “Azərbaycan məhəlləsi”nin açılışına böyük qürur hissi ilə, yüksək səviyyədə hazırlaşmışıq. Məhəllədə yaşayış binaları ilə yanaşı, parkinqlər, məktəblər və sağlamlıq mərkəzi tikilib, yaşıllıq zolaqları salınıb. Kahramanmaraşın göbəyində yerləşən “Azərbaycan məhəlləsi” şəhərimizə yaraşan bir məhəllədir. “Azərbaycan” prospekti isə şəhərimizin ən gözəl yerlərindən birinə çevrilib.

– Maraş dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Şəhər yenidən inşa edilərkən tarixi məkanlar necə qorunur?

– Kahramanmaraş tarixi zənginliyi və mədəni müxtəlifliyi ilə Anadolunun əhəmiyyətli şəhərlərindən biri olaraq varlığını davam etdirir. Qədim və tarixi məkanlar özünün ilkin simasında bərpa edilir. Şəhərimizin tarixinə qısa nəzər salsaq görərik ki, Maraş ən qədim mədəniyyətləri özündə birləşdirən məkandır. Bu bölgədə yerləşən mağaralardakı tapıntılar yaşayış məskənlərinin neolit, tunc dövrlərinə aid olduğunu sübut edir. Xüsusilə, 2009-cu ildə Kahramanmaraşın mərkəzində aparılan qazıntılar zamanı eramızın 300–400-cü illərinə aid olduğu güman edilən Germanikiya şəhərinə aid mozaikaların tapılması bölgənin zəngin tarixi keçmişinə işıq salır.

Kahramanmaraş Hitit dövləti olan Qurqum Krallığının paytaxtı kimi tanınır. Eramızdan əvvəl 711-ci ildə Qurqum Krallığının Asurlar tərəfindən ilhaqı ilə Markas (indiki Kahramanmaraş) əyalət mərkəzinə çevrilib. Sonralar şəhərdə farslar, romalılar, bizanslılar, ərəblər, səlcuqlular, məmlüklər, dulkadiroğulları və osmanlılar hökmranlıq ediblər. XI əsrin sonlarında Anadolu türklərinin hakimiyyəti altına girəndə Kahramanmaraş monqollar tərəfindən işğal edildi. II Anadolu Bəylikləri dövründə Dulkadiroğullarının hakimiyyəti altına keçən şəhər 1515-ci ildə Osmanlı hakimiyyətinin təbəəliyini qəbul edib. 1915–1919-cu illərdə Osmanlı hakimiyyəti altında qalan Kahramanmaraş atəşkəs dövründə əvvəlcə ingilislər, sonra isə fransızlar tərəfindən işğal edilib. Fransızlarla birlikdə bölgəyə erməni hərbi legionu da girdi. Maraş əhalisi həmin illərdə böyük faciələr yaşadı.

– Kahramanmaraş əhalisinin erməni zülmündən çox əziyyət çəkdiyi də tarixdən məlumdur…

– Osmanlı İmperiyasının Birinci dünya müharibəsinə girməsindən istifadə edən ermənilər dövləti daxildən çökdürmək üçün işğalçı Qərb dövlətlərinin yanında yer aldılar, Türk Ordusuna arxadan zərbə vurdular. Onlar kəndlərə vəhşicəsinə hücumlar edir, bölgənin müdafiəsiz sakinlərini qətlə yetirirdilər. Maraş uzun illər savaş meydanına döndü. Birinci dünya müharibəsindən sonra Maraş şəhərini işğal edən Fransa ordusunun içindəki erməni legionu günahsız insanları qətlə yetirərək, əhalinin buradan çıxarıb hayları yerləşdirməyə çalışırdı. Yəni burada erməni dövləti qurmaq məqsədilə müsəlman əhalinin qətllərini təşkil edirdilər. Amma maraşlılar bu məkrli planın həyata keçməsinə imkan vermədilər, qəhrəmancasına savaşdılar. Kahramanmaraş Qurtuluş savaşında da göstərdiyi qəhrəmanlıq və müqaviməti ilə seçildi. Şəhər istiqlal savaşının bayraqdarlarından biri oldu. Məhz buna görə “Qəhrəman” adına layiq görüldü. Türkiyə Böyük Millət Məclisinin 1973-cü il fevralın 7-də verdiyi qərara əsasən şəhərin adı dəyişdirilərək “Kahramanmaraş” oldu.

Bu gün bizim tarixi şəhərimiz yaşadığı acıları arxada qoyub, yeni həyatına başlayır. Qürur duyuruq ki, can Azərbaycan bu həyatın bir parçası olacaq.

İndi şəhərimizdə bir “Azərbaycan məhəlləsi” var. Xalqımızın qəlbində isə böyük Azərbaycan sevgisi daim yaşayacaq.

Qələmə aldı:
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri