Icma.az bildirir, Ayna portalına istinadən. “Tiflisdə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbul
AYNA xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Kallas Gürcüstanın Avropa İttifaqına üzv olmağa namizəd ölkə kimi “gözləntiləri doğrultmadığını” yazıb.
“Tiflisdə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbuledilməzdir.
Gürcüstan namizəd ölkə kimi heç bir ümidi doğrultmur”, - Kallas qeyd edib.
Diplomat Aİ-nin gürcü xalqını “azadlıq və demokratiya uğrunda mübarizədə” dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 2-də Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyası keçirilib.
Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında münaqişə yaranıb.