Kaja Kallas: “Gürcüstan ümidləri doğrultmur”
Icma.az bildirir, Ayna portalına istinadən.
“Tiflisdə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbuledilməzdir”
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas fevralın 2-də Tiflisdə keçirilən etiraz aksiyaları zamanı həbsləri “qəbuledilməz” adlandırıb. AYNA xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Kallas Gürcüstanın Avropa İttifaqına üzv olmağa namizəd ölkə kimi “gözləntiləri doğrultmadığını” yazıb.
“Tiflisdə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbuledilməzdir. Gürcüstan namizəd ölkə kimi heç bir ümidi doğrultmur”, - Kallas qeyd edib.
Diplomat Aİ-nin gürcü xalqını “azadlıq və demokratiya uğrunda mübarizədə” dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 2-də Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyası keçirilib. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında münaqişə yaranıb. Nəticədə müxalif “Dəyişiklik Koalisiyası” Partiyasının lideri Niko Melia da daxil olmaqla bir neçə nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















