Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik: - Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar arasında 11-ci görüş keçirilib.
Əldə edilən razılaşmalara əsasən şimaldan cənuba doğru sərhədlərin dəqiqləşməsi prosesi ilə bağlı işlərə başlanılacaq.
Gözləntilər nədən ibarətdir? - Sözsüz ki, sərhədin dəqiqləşməsi prosesi zamanı hələ də Ermənistanın işğalında olan Qazax rayonunun 3 kəndini
Eksklav kəndlərin hansı formada Azərbaycana təhvil verilməsi və burada gediş-gəliş kimi vacib məsələlərə aydınlıq gətirilməlidir.
Eyni zamanda Gədəbəy rayonu ərazisində olan Başkəndin taleyi də aydınlaşmalıdır. Burada hansı qərarın veriləcəyi hələ məlum deyil.
Ola bilsin ki, keçmiş sovet dövründə olduğu kimi kimə hansı ərazilər məxsus olubsa, o özünə qaytarılacaq.