Icma.az
close
up
RU
Kalininqrad variantı masaya qaytarılır: Meğri dəmir yolu belə işləyəcək

Kalininqrad variantı masaya qaytarılır: Meğri dəmir yolu belə işləyəcək

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar arasında 11-ci görüş keçirilib. Əldə edilən razılaşmalara əsasən şimaldan cənuba doğru sərhədlərin dəqiqləşməsi prosesi ilə bağlı işlərə başlanılacaq. Gözləntilər nədən ibarətdir?

- Sözsüz ki, sərhədin dəqiqləşməsi prosesi zamanı hələ də Ermənistanın işğalında olan Qazax rayonunun 3 kəndinin geri qaytarılması məsələsi də həll olunmalıdır. Eksklav kəndlərin hansı formada Azərbaycana təhvil verilməsi və burada gediş-gəliş kimi vacib məsələlərə aydınlıq gətirilməlidir. Eyni zamanda Gədəbəy rayonu ərazisində olan Başkəndin taleyi də aydınlaşmalıdır. Burada hansı qərarın veriləcəyi hələ məlum deyil. Ola bilsin ki, keçmiş sovet dövründə olduğu kimi kimə hansı ərazilər məxsus olubsa, o özünə qaytarılacaq. Başqa variantların olması da ehtimal edilir. Şimaldan-cənuba doğru sərhədlərin dəqiqləşməsinin aparılması proseslərin ardıcıl həll demək də deyil. Mübahisə olmayan hissələrdə irəliləyişlərin olması mümkündür.

- Naxçıvanın Kərki kəndinin taleyi ilə bağlı da fərqli fikirlər səslənir. Erməni tərəfinin bu kəndlə bağlı narahatlığına səbəb nədir?

- Kərkiyə qədər proseslərin ardıcıl həlli bəlli zaman alacaq. Şimaldan cənuba doğru gedilirsə, Kərki kəndinin taleyi sona qalmış olur.

- Ötən il Azərbaycanla Ermənistan arasında sülh müstəvisində bəlli irəliləyişlər olsa da yekun nəticəyə gəlmək mümkün olmadı. ABŞ-də Donlad Trampın hakimiyyətə gəlməsi fonunda Cənubi Qafqazda, xüsusilə Bakı və İrəvan arasındakı sülh prosesində nə kimi irəliləyişlər ola bilər?

- Amerikanın ümumi siyasi xətti var. Hətta Trampın komandasında da kiminsə ermənipərəst olması prosesə təsir etməyəcək. Ümumilikdə isə Amerikanın əsas niyyəti divident olmayan bölgələrdə yer almamaqla bağlıdır. Bu bölgədə isə ABŞ-nin heç bir qazancı yoxdur. Ona görə də, Ağ Evin ermənilər tərəfindən bu regiona daha çox diqqət ayırması ehtimalı yoxdur. Sadəcə olaraq Trampa deyə bilərlər ki, Azərbaycanla Ermənistan sülh razılaşmasında 90 faizlik bir nəticəyə nail olub. Ona görə də, Trampın iştirakı ilə bu məsələnin həlli onun nüfuzuna da təsir edəcək. Amma keçmiş prezident Cozef Bayden dövründə olduğu kimi Amerikanın regiondakı proseslərə müdaxilə cəhdləri olmayacaq.

- Zəngəzur dəhlizi ilə bağlı son zamanlar müzakirələr artıb. Ötən gün Rusiya və Ermənistan xarici işlər nazirləri də regional kommunikasiyaların açılmasından danışıblar. Kremlin bu məsələdəki fəallığı nə ilə bağlıdır?

- Rusiya faktiki olaraq o bölgədə mövcuddur. Çünki hazırda həmin hissədə olan sərhəd xətti rus hərbiçilərinin nəzarətindədir. Bölgədə Rusiyadan başqa qüvvə yoxdur. İlkin razılaşmaya görə də, (2020-ci il 10 noyabr bəyanatı) Rusiya kommunikasiyaların açılmasında və nəzarətində yer almalıdır. Əsas odur ki, o yol açılsın. Erməni tərəfi də kommunikasiyaların açılmasından danışır. Amma bu istiqamətdə heç bir iş görmür. Meğridən keçən dəmir yolu xətti bərpa olunmalıdır. Onlar konkret iş ortaya qoymalıdır. Burada müxtəlif variantlar önə çəkilir. Yenə də Kalininqrad variantı (Rusiyadan Kalininqrada gedən yüklərin və sərnişinlərin keçmə rejimi) ortaya atılır. İndi də erməni tərəfi Tbilisidən keçən dəmir yolu şəbəkəsinə qoşulmaqdan danışır. Bunlar absurd yanaşmalardır. Çünki Meğridən keçən dəmir yolu açılmayana qədər Azərbaycan Ermənistanla heç bir prosesdə iştirak etməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Yanvar 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri