Kamaləddin Qafarov: “Azərbaycan Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir” |…
Icma.az, Milli.az saytına istinadən bildirir. "Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ölkələrdən biri də
Məlum olduğu kimi, 2023-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqı
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, ölkələrimiz arasında 1992-ci il aprelin 2-də diplomatik münasibətlər qurulduqdan dərhal sonra ikitərəfli əməkdaşlıq əlaqələri sürətlə inkişaf etməyə başlayıb və indiyə kimi kifayət qədər səmərəli nəticələr əldə edilib.
"Birgə Bəyannamə, qeyd etdiyimiz kimi, ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutmuş təkbətək görüşün gedişində imzalanmışdır.
Həmin görüş zamanı iki ölkənin rəhbəri əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, ölkələrimizin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlmişdilər.
Bu gün Avrasiya regionunda cərəyan edən hadisələr bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlıq əlaqələri istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə öz əksini tapmışdır".
Tam oxu
Xəbəri oxu