Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “Azərbaycan Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”

Kamaləddin Qafarov: “Azərbaycan Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ölkələrdən biri də Çindir. Məlum olduğu kimi, 2023-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub".

Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin  deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkələrimiz arasında 1992-ci il aprelin 2-də diplomatik münasibətlər qurulduqdan dərhal sonra ikitərəfli əməkdaşlıq əlaqələri sürətlə inkişaf etməyə başlayıb və indiyə kimi kifayət qədər səmərəli nəticələr əldə edilib.

"Birgə Bəyannamə, qeyd etdiyimiz kimi,  ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutmuş təkbətək görüşün gedişində imzalanmışdır. Həmin görüş zamanı iki ölkənin rəhbəri əməkdaşlığı  gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, ölkələrimizin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlmişdilər. Bu gün Avrasiya regionunda cərəyan edən hadisələr bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlıq əlaqələri istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə öz əksini tapmışdır".

Kamaləddin Qafarov Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulduğunu və ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə  böyük  hörmətlə yanaşan, müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlar olduğunu xüsusi vurğulayıb: "Sözsüz ki, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin yeni səhifəsini açmış oldu. Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Təsadüfi deyil ki, hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol" Forumunda etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və əlbəttə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri