Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək

10.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) təşkilatçılığı ilə oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Azərbaycan Superkuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, açıq havada, 70 metr məsafədə baş tutacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı qələbə uğrunda mübarizə aparacaq.

Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar birgə yarışacaq. Yarışda kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva mübarizə aparacaqlar.

Bakıda beynəlxalq konfrans keçirilib III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью