Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) təşkilatçılığı ilə oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Azərbaycan Superkuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, açıq havada, 70 metr məsafədə baş tutacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı qələbə uğrunda mübarizə aparacaq.
Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar birgə yarışacaq. Yarışda kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
09 Yanvar 2026 21:09
Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
07 Sentyabr 2026 12:51
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
03 Fevral 2025 15:37
Azərbaycan Dakarda kamandan oxatma üzrə təmsil olunmayacaq
18 Sentyabr 2026 10:04
Bakıda kamandan oxatma üzrə Zəfər turniri keçiriləcək
07 Noyabr 2025 15:12
Baxış sayı:101
Bu xəbər 10 Oktyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















