Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın böyük alternativ enerji potensialı var və bu potensialdan səmərəli istifadə olunmalıdır.
Günəş və külək enerjisinin istehsalı üçün Azərbaycanda geniş imkanlar var. Bu imkanlarda dəmir yolu sahəsində də istifadə etmək olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Asiya İnkişaf Bankının (AİB) enerji üzrə eksperti Kambin Çjen deyib.
Onun sözlərinə görə, elektrik şəbəkəsi dəmir yolu üçün çox mühüm məsələdir.
“Azərbaycanda dəmir yolunun üstünlüyü həm də ondan ibarətdir ki, onun elektrik şəbəkəsi var.
Çin kimi böyük bir dövlətin dəmir yollarının müstəqil elektrik şəbəkəsi yoxdur.
Avstraliyanın dəmir yollarının elektrikləşdirmə dərəcəsi Azərbaycan qədər yüksək deyil.