Kambin Çjen: Çin dəmir yollarının müstəqil elektrik şəbəkəsi olmadığı halda, Azərbaycanın var
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın böyük alternativ enerji potensialı var və bu potensialdan səmərəli istifadə olunmalıdır. Günəş və külək enerjisinin istehsalı üçün Azərbaycanda geniş imkanlar var. Bu imkanlarda dəmir yolu sahəsində də istifadə etmək olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Asiya İnkişaf Bankının (AİB) enerji üzrə eksperti Kambin Çjen deyib.
Onun sözlərinə görə, elektrik şəbəkəsi dəmir yolu üçün çox mühüm məsələdir.
“Azərbaycanda dəmir yolunun üstünlüyü həm də ondan ibarətdir ki, onun elektrik şəbəkəsi var. Çin kimi böyük bir dövlətin dəmir yollarının müstəqil elektrik şəbəkəsi yoxdur. Avstraliyanın dəmir yollarının elektrikləşdirmə dərəcəsi Azərbaycan qədər yüksək deyil. Lakin onlar batareya ilə işləyən lokomotivlərdən istifadə edirlər. Uzun məsafəni qət edən qatar stansiyalarda batareyanı elektriklə təmin edə və yaxud enerji bitdiyi halda batareyanı ehtiyat batareya ilə dəyişə bilər. Bu çox asan əlçatan və az xərc tələb edən üsuldur”, - deyə Kambin Çjen vurğulayıb.
AİB mütəxəssisi bildirib ki, ADY ilə icra olunan dekarbonizasiya layihəsini yüksək qiymətləndirərək layihənin emissiyanın azalmasında mühüm rol oynayacağını, iqlim dəyişmələri ilə əlaqədar Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə əsaslı töhfə verəcəyini sözlərinə əlavə edib: “Apardığımız tədqiqatın ilkin nəticələrinə görə, Azərbaycanda yük maşınları orta hesabla təxminən 240 kilometr məsafə qət edir. Bu yolu qısaltmaq olar. Belə ki, 40 kilometr yolu avtomobil, qalan 200 kilometri isə dəmir yolu ilə göndərmək olar. Yük daşımaq üçün dəmir yolu administrasiyası elektrik yük maşınlarından istifadə edə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Dekabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















