Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Yanvarın 25-də Kambocada vəfat edən ANAMA əməkdaşının nəşi Azərbaycana gətirilib.
"Unikal"ın məlumatına görə, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmovun nəşi Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib. O, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib.
Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib.
Anar Kəlbiyev