Kambocada vəfat edən ANAMA əməkdaşının nəşi Azərbaycana gətirildi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Yanvarın 25-də Kambocada vəfat edən ANAMA əməkdaşının nəşi Azərbaycana gətirilib.
"Unikal"ın məlumatına görə, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmovun nəşi Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib. O, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib.
Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















