Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

19.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 iyun, AZƏRTAC

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okeanda 5,6 və 6,3 bal gücündə iki zəlzələ qeydə alınıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, yeraltı təkanlar təxminən bir dəqiqə fərqlə baş verib. Daha güclü zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 83 kilometr aralıda, ocağı isə 15,4 kilometr dərinlikdə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi Kamçatka sahillərinə kiçik sunami dalğalarının yaxınlaşa biləcəyi barədə xəbərdarlıq yayıb. Bildirilir ki, Petropavlovsk-Kamçatskidə zəlzələ təxminən 4 bal gücündə hiss olunub. Yerli sakinlərə sahil ərazilərindən uzaq durmaq tövsiyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью