Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 iyun, AZƏRTAC
Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okeanda 5,6 və 6,3 bal gücündə iki zəlzələ qeydə alınıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, yeraltı təkanlar təxminən bir dəqiqə fərqlə baş verib. Daha güclü zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 83 kilometr aralıda, ocağı isə 15,4 kilometr dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi Kamçatka sahillərinə kiçik sunami dalğalarının yaxınlaşa biləcəyi barədə xəbərdarlıq yayıb. Bildirilir ki, Petropavlovsk-Kamçatskidə zəlzələ təxminən 4 bal gücündə hiss olunub. Yerli sakinlərə sahil ərazilərindən uzaq durmaq tövsiyə edilib.
Bu mövzuda digər xəbərlər:Kamçatka sahillərində zəlzələ baş verib
20 İyul 2026 09:34
Kamçatka sahillərində güclü zəlzələ baş verib
28 Oktyabr 2025 09:08
Kamçatka sahillərində 7,7 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
18 Sentyabr 2025 23:46
Kamçatka sahillərində sunami təhlükəsi ləğv edildi YENİLƏNDİ
13 Sentyabr 2025 11:04
Kamçatka sahillərində zəlzələ olub
21 Avqust 2025 17:11
Baxış sayı:87
Bu xəbər 19 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















