Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində g
Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edərək, onun məzarı önün
Baş prokuror Kamran Əliyev Anıtqəbirin Şərəf kitabına ürək sözlərini yazıb.Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə M
Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.Hə
Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib.
Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edərək gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.İyulun 22-də nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib.
Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.Səfər çərçivəsində, həmçinin, Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib.
Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb.