Icma.az
close
up
RU
Kamran Əliyev Ankarada görüşlər keçirib

Kamran Əliyev Ankarada görüşlər keçirib

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində görüşlər keçirib.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankara şəhərində səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edərək, onun məzarı önünə əklil qoyublar. Baş prokuror Kamran Əliyev Anıtqəbirin Şərəf kitabına ürək sözlərini yazıb.

Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə Muhsin Şentürk ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud yüksək səviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Baş prokuror Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamlarında öz əksini tapdığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə həyata keçirilən strateji layihələrin xalqlarımızın rifahına xidmət etdiyini qeyd edib.

Görüş zamanı hüquqi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorları Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və digər çoxtərəfli platformalar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.

Həmin gün nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz ilə də görüşüb. Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edərək gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.

İyulun 22-də nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib. Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin, Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib. Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, qurumlar arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı razılıq ifadə ediblər.

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyev ölkəmizin Türkiyədəki səfirliyini ziyarət edərək səfirliyin heyəti ilə görüşmüş, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.

Nümayəndə heyətinin səfəri davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri