Kanada Qəzzadakı davranışıyla bağlı İsrail komediyaçı və əsgərini həbs etdi, amma... “The …
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailli komediyaçı və keçmiş döyüşçü bazar ertəsi günü Kanadaya gedərkən saxlanılıb və altı saat dindirilib .
Fələstin tərəfdarı olan hüquq qrupu ona qarşı müharibə cinayətləri və "soyqırıma təhrik etmək" ittihamları ilə şikayət ərizəsi təqdim edib.
Moderator.az bu haqda "Qardian" ("The Guardian") nəşrinə istinadla məlumat yayıb.
"Times of Israel" qəzetinin məlumatına görə, komediyaçı Qay Hoxman Toronto Pirson beynəlxalq hava limanına çatdıqdan sonra saxlanılıb və yalnız İsrail konsulluğunun müdaxiləsindən sonra sərbəst buraxılıb .
Onun saxlanılması İsrail hərbi qulluqçularını Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməyi hədəfləyən Belçikada yerləşən "Hind Rəcəb" Fondunun onun haqqında Kanada hakimiyyətinə 40 səhifəlik dosye təqdim etməsindən sonra baş verib.
Beynəlxalq İnsan Hüquqları üzrə Kanadalı Vəkillər və Fələstin Hüquq Mərkəzi qrupları da şikayətə qoşulub.
Hoxmanın çıxışı azadlığa buraxıldıqdan sonra planlaşdırıldığı kimi davam edib.
Tam oxu
Xəbəri oxu