Kanadada Azərbaycan rəqsləri alqışlarla qarşılanıb

16.10.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Toronto şəhərində keçirilən “Diwali” festivalında iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şagirdlər festival çərçivəsində həftəsonu məktəbinin müəllimi Orxan İslamovun bədii rəhbərliyi ilə səhnəyə çıxaraq “Sarı Gəlin”, “Naz eləmə”, “Yallı” və digər Azərbaycan milli rəqslərini ifa ediblər. Rəqslərimiz böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin sonunda “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinə festivalda fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Mustafa Kamal
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью