Kanadada Azərbaycan rəqsləri alqışlarla qarşılanıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Toronto şəhərində keçirilən “Diwali” festivalında iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şagirdlər festival çərçivəsində həftəsonu məktəbinin müəllimi Orxan İslamovun bədii rəhbərliyi ilə səhnəyə çıxaraq “Sarı Gəlin”, “Naz eləmə”, “Yallı” və digər Azərbaycan milli rəqslərini ifa ediblər. Rəqslərimiz böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinə festivalda fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
Mustafa Kamal
XQ

Azərbaycan caz musiqisi İstanbulda alqışlarla qarşılanıb AZƏRTAC
11 Yanvar 2025 18:01
Kanadada Azərbaycan dilində sayt yaradıldı
23 Dekabr 2024 12:59
Rubio Kanadada gölməçə ilə ıslanmış qırmızı xalça ilə qarşılanıb
14 Mart 2025 18:18
Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir
01 May 2025 12:47
Azərbaycan millisinin rəqibi Kanadada iki oyun keçirəcək
04 İyun 2025 10:25

