Kannavaro Özbəkistanın DÇ 2026 ya hazırlığını dəyərləndirdi

09.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Kannavaro Özbəkistanın DÇ-2026-ya hazırlığını dəyərləndirdi

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Niderlanda qarşı keçirilən yoldaşlıq oyunundan (1:2) sonra komandasının durumunu dəyərləndirib.

QOL.az "uznews"a isti nadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın fiziki hazırlığından razı qaldığını bildirib.

“Hazırlığa bir aydan çoxdur başlamışıq. Legionerlərimiz düşərgəyə bir qədər gec qoşulsalar da, düşünürəm ki, fiziki hazırlıq baxımından yaxşı iş görmüşük. Əlbəttə, bəzi futbolçularla bağlı həll etməli olduğumuz müəyyən məqamlar var. Dünya çempionatına qədər bu istiqamətdə işləməyə davam edəcəyik” - deyə Kannavaro bildirib.

Xatırladaq ki, Niderlan millisi Özbəkistana çətinliklə - 90+7-ci dəqiqədə penaltidən vurulan qolla 2:1 qalib gəlib.

Qeyd edək ki, Özbəkistan millisi DÇ-2026-nın qrup mərhələsində Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью