Kannavaro Özbəkistanın DÇ 2026 ya hazırlığını dəyərləndirdi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Niderlanda qarşı keçirilən yoldaşlıq oyunundan (1:2) sonra komandasının durumunu dəyərləndirib.
QOL.az "uznews"a isti nadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın fiziki hazırlığından razı qaldığını bildirib.
“Hazırlığa bir aydan çoxdur başlamışıq. Legionerlərimiz düşərgəyə bir qədər gec qoşulsalar da, düşünürəm ki, fiziki hazırlıq baxımından yaxşı iş görmüşük. Əlbəttə, bəzi futbolçularla bağlı həll etməli olduğumuz müəyyən məqamlar var. Dünya çempionatına qədər bu istiqamətdə işləməyə davam edəcəyik” - deyə Kannavaro bildirib.
Xatırladaq ki, Niderlan millisi Özbəkistana çətinliklə - 90+7-ci dəqiqədə penaltidən vurulan qolla 2:1 qalib gəlib.
Qeyd edək ki, Özbəkistan millisi DÇ-2026-nın qrup mərhələsində Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 09 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















